Bərdədə külək dağıntılara səbəb oldu, yaralılar var - Fotolar
    • 2-04-2022, 22:00
    • 274

Bərdədə külək dağıntılara səbəb oldu, yaralılar var - Fotolar

Bərdə rayonunda güclü külək dağıntılar yaradıb, irigövdəli ağac evin üstünə aşıb, üç nəfər xəsarət alıb.

Rayonun bir neçə kəndində fərdi yaşayış evlərinə ciddi ziyan dəyib, habelə şəhərin Heydər Əliyev prospektində yerləşən fərdi yaşayış evinun üzərinə irigövdəli ağac aşıb.

Bir neçə saat davam edən güclü külək elektrik təsərrüfatına da ziyan vurub. Elektrik dirəkləri aşıb, xətlər isə qırılıb. Nəticədə rayona verilən elektrik enerjisində fasilələr yaranıb.

Eyni zamanda, irigövdəli ağaclar və onların budaqları küləyin təsirindən qırılıb. Nəticədə, minik avtomobillərinə də ziyan dəyib.

Bərdə Rayon İcra Hakimiyyətinin Fövqaladə hallar komissiyasından bildirilib ki, dağıntılarla bağlı araşdırma aparılır, fəsadlar aradan qaldırılır. Qeydiyyat işləri başa catdıqdan sonra təmir və bərpa işlərinə başlanılacaq./Trend/