-
- 8-03-2023, 15:00
- 636
Azərbaycanda inanılmaz hadisə - 40 qəpiyə görə illərlə həbsdə qalacaq
Şirvan şəhərində soyğunçuluq etmiş şəxsin məhkəməsi başa çatıb.
News24.az-ın əldə etdiyi məlumata görə, Şirvan şəhər Məhkəməsində əvvəllər də soyğunçuluq əməlinə görə məhkumluq həyatı yaşamış Sabirabadın Ətcələr kənd sakini, 1989-cu il təvəllüdlü Sakit Vahabova (şərti-ad soyadlı) hökm oxunub.
Araşdırmalar zamanı məlum olub ki, S.Vahabov 21 sentyabr 2022-ci il tarixdə, saat 05 radələrində Şirvan şəhəri, L-nt İbrahimov küçəsində 16 saylı binanın qarşısından keçərkən mənzillərdən birinin pəncərəsinin açıq olduğunu görüb. O, oğurluq məqsədilə pəncərədən evə daxil olub. Cinayət Məcəlləsinin 180-ci (Soyğunçuluq) maddəsi ilə ittiham edilən şəxs ifadəsində deyib: “Mənzilin pəncərəsinin açıq olduğunu və işıqlarının yanmadığını görüb, düşündüm ki, yəqin evdə heç kim yoxdur. Ətrafa baxıb sakitçilik olduğunu görüb pəncərəyə yaxınlaşdım və pəncərədə olan setkanı çıxarıb mətbəx otağına daxil oldum, daha sonra mətbəxdən qonaq otağına keçdim, həmin otaqda bir ədəd çanta görüb həmin çantanın içərisinə baxdıqda bir ədəd pul qabı gördüm. Pul qabını götürüb cibimə qoyan zaman səs eşitdim və başa düşdüm ki, evdə adam var. Tez mətbəxə gəlib sakitcə əyilmiş vəziyyətdə durdum. Həmin vaxt bir nəfər qadın mətbəxin işığını yandırıb məni gördü. Həmin qadına səs etməməsinə işarə verdim. Lakin qadın səs edib kimisə çağırdığı üçün mətbəxin pəncərəsindən çölə tullanıb oradan qaçıb getdim. Hadisə yerindən bir qədər aralaşdıqdan sonra pul qabının içərisinə baxdıqda orada 40 qəpik pul olduğunu gördüm. Hmin gün Şirvan şəhər ərazisində olarkən polis əməkdaşları məni saxladılar”.
Məhkəmədə zərərçəkmiş qadın ifadəsində deyib ki, evdə səhər 5 radələrində tanımadığı şəxsi görərək tez atasını çağırıb və həmin şəxs pəncərədən qaçaraq gedib. Bundan sonra evdə nəyin oğurlandığını araşdırmağa başlayıblar və içərisində 40 qəpik olan çantanın götürüldüyünü görüblər və polisə məlumat veriblər.
Şirvan şəhər Məhkəməsinin 22 fevral 2023-cü il tarixli hökmü ilə təqsirləndirilən şəxs 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.