Azərbaycanda ailəsi ilə qardaşının yasından qayıdan şəxs ŞOK YAŞADI
    • 16-05-2022, 15:36
    • 370

Azərbaycanda ailəsi ilə qardaşının yasından qayıdan şəxs ŞOK YAŞADI

Bərdə rayonunda mənzildən xeyli miqdarda qızıl və pul oğurlanıb.

News24.az-ın məlumatına görə, hadisə Bərdə şəhəri Aydın Əhmədov küçəsində baş verib. Əvvəllər 7 dəfə məhkumluq həyatı yaşamış, dəfələrlə oğurluğa görə tutulmuş 1990-cı il təvəllüdlü Rüstəm Əhmədov həmin küçədəki mənzil sahibinin evdə olmamasından istifadə edərək evə daxil olub. O, evdən 100 manat pul və 881 manat dəyərində qızıl oğurlayıb.

Hadisə vaxtı ev sahibi ailə üzvləri ilə birlikdə qonşuluqda yaşamış qardaşının evində yas mərasimində olub. Belə ki, qardaşının yasından geri qayıdan şəxs evin qapılarının açıq olduğunu və oğurluğun baş verdiyini görüb. Sonradan məlum olub ki, hadisəni onların tanıdığı, əvvəllər də bu əməllərə görə tutulmuş Rüstəm törədib. Onun barəsində Bərdə rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə iş başlanılıb.

İstintaq dövründə Rüstəm Əhmədov dəymiş ziyanı tam ödəyib və yüngül cəzaya məhkum edilməsini xahiş edib.

Cinayət işinə Bərdə rayon Məhkəməsində baxılıb. Məhkəmədə onun dəfələrlə bu kimi əməllər törətməsi və məhkum olması bildirilib və 5 il müddətinə azadlıqdan məhrum edilib. Onun üzərində olan məhkumluqla bağlı cəzasnın bir hissəsi çəkməsi nəzərə alınaraq qəti olaraq 4 il 2 ay 26 gün müddətinə azadlıqdan məhrum edilməsinə və xüsusi rejimli müəssisəyə yerləşdirilməsinə qərar verilib.