Gecə 3-də qapını sındırıb bibisi qızının yataq otağına soxuldu – TƏFƏRRÜAT
    • 5-01-2023, 15:18
    • 237

Gecə 3-də qapını sındırıb bibisi qızının yataq otağına soxuldu – TƏFƏRRÜAT

Gəncə Ağır Cinayətlər Məhkəməsində Şəmkirdə quldurluq əməli törətməkdə təqsirləndirilən 1975-ci il təvəllüdlü Ədalət Qarayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin 29 dekabr 2022-ci il tarixli hökmü ilə o, 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

İttihama görə, hadisə 11 may 2022-ci il tarixdə, saat 03 radələrində Şəmkir rayonu, Şiştəpə kəndində qeydə alınıb. 

Belə ki, həmin kənd sakini Ədalət Qarayev onunla eyni kənddə yaşayan bibisi qızı Elmira Əliyevanın evinə sərxoş halda basqın edib. O, bibisiqızının ərinin vəfat etməsi, övladlarının Rusiyada olduğunu və tək yaşadığını bilərək gecə saatlarında mənzilə girib. Bu zaman qonaq otağında yad adamın olduğunu görən E.Əliyeva qaçaraq yataq otağına girib. Ədalət onun arınca gedərək yataq otağının qapısını sındırıb və içəri girib. Daha sonra onun saçından tutub dartıb. Bıcağı onun boğazına dirəyərək pul tələb edib. Qadına məxsus 20 manat pul, mobil telefon və evdəki 5 kiloqram şokaloladı götürən şəxs oradan gedib. Bundan sonra zərərçəkən qadın gecə qonşuda gecələyib. Səhər geri qayıdanda o, dayısı oğlu Ədalətin gödəkçəsinin evdə qaldığını, onun sənələrinin də paltarın cibində olduğunu görüb. 

Hadisədən sonra qadın polisə müraciət edib və Ədalət Qarayev saxlanılıb.