Gürcüstanda gərgin gecə: Parlament binasını mühasirəyə almaq istədilər - FOTOLAR
    • 9-03-2023, 09:43
    • 134

Gürcüstanda gərgin gecə: Parlament binasını mühasirəyə almaq istədilər - FOTOLAR

Gürcüstanda ötən gün təsdiqlənmiş “xarici təsirin şəffaflığı” qanununa qarşı nümayiş keçirilib.

News24.az xəbər verir ki, gecə saatlarında minlərlə nümayişçi paytaxt Tbilisidə parlament binası qarşısına toplaşıb.

Parlament binasını mühasirəyə almağa çalışan nümayişçilərdən bəziləri binanın şüşələrini sındırıb.

Parlamentin girişindəki dəmir baryeri sökən nümayişçilər polis maşınlarına da ziyan vurub.

Nümayişçilər təhlükəsizlik qüvvələrinin gözyaşardıcı qaz və təzyiqli sudan istifadə edərək müdaxiləsi ilə dağıdılıb. Bəzi nümayişçilər saxlanılıb. /TRT Haber/

Teymur MƏMMƏDOV