Dilarə sevgililərə müraciət etdi: "Danış" - VİDEO
    • 1-02-2019, 13:00
    • 1 492

Dilarə sevgililərə müraciət etdi: "Danış" - VİDEO

Tanınmış müğənni Dilarə Kazımova yeni klipini təqdim edib. 

News24.az xəbər verir ki, Sözləri Nigar Məmmədovaya, musiqisi Camal Qurbanova aid olan "Danış" mahnısına çəkilən ekran işini "Boomerang label" şirkəti ərsəyə gətirib. 

D.Kazımova yeniliyi haqda bunları deyib:

"Həyatda sevgi də var, ayrılıq da... Sevgililər də var, tənhalıq da... Bu sevgidən qazanan da var, itirən də... Bu sevgidə danışmaq da var, susmaq da... Bütün sevgililərə həsr olunur! Sevgi dialoqunuz bitməsin! Heç vaxt susmayın, Danışın!"

Teymur MƏMMƏDOV