ƏƏSMN-in e-xidmətlərinə 838,4 min müraciət qeydə alındı
    • 9-03-2023, 12:22
    • 130

ƏƏSMN-in e-xidmətlərinə 838,4 min müraciət qeydə alındı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə əhaliyə təqdim olunan elektron xidmətlərə 2023-cü ilin iki ayı ərzində 838,4 min müraciət qeydə alınıb.

Nazirlikdən News24.az-a verilən xəbərə görə, həmin dövrdə Nazirliyin fəaliyyət sahələri üzrə 86,1 min e-arayış verilib, 7,1 min pensiya, 10,8 min müavinət, təqaüd, 264 birdəfəlik ödəmə təyinatı e-sistem üzərindən, proaktiv qaydada aparılıb.

Yanvar-fevral aylarında e-qaydada 62 min fərdi şəxsi hesab da açılıb.