Oğlunu ilk dəfə göstərdi - Fotolar
    • 24-02-2023, 11:40
    • 171

Oğlunu ilk dəfə göstərdi - Fotolar

Yanvarın sonlarında 41 yaşlı amerikalı aktrisa, müğənni, fotomodel və dizayner Peris Hilton ilk dəfə ana olub.

News24.az
xəbər verir ki, o, təxminən 1 ay sonra oğlunun fotosunu instaqram hesabında paylaşıb.

P. Hilton övladına Feniks Barron adını verdiyini açıqlayıb. Amerikalı ulduz körpəyə ikinci ad kimi - Barronu babası, “Hilton” hotellər şəbəkəsinin sahibi Barron Hiltonun şərəfinə verib.

Onun ailəvi fotoları bir neçə saat ərzində 1,6 milyondan çox bəyənmə, 17 mindən çox şərh toplayıb.

Xatırladaq ki, 2021-ci ilin noyabrında P. Hilton sahibkar Karter Reuma ərə gedib. Uşağı surroqat ana dünyaya gətirib.