Özündən 17 yaş kiçik xalası qızı ilə cinsi əlaqədə oldu, həbs edildi
    • 10-03-2023, 10:38
    • 2 123

Özündən 17 yaş kiçik xalası qızı ilə cinsi əlaqədə oldu, həbs edildi

Bakı şəhər Nəsimi rayonu ərazisində yerləşən məktəblərdən birinin 9-cu sinif şagirdi olan 15 yaşlı qızla cinsi əlaqəyə girən qızın 32 yaşlı xalası oğlu həbs edilib.

News24.az-ın əldə etdiyi məlumata görə, 1990-cı il təvəllüdlü Elman Muradov barəsində Cinayət Məcəlləsinin 152.1-ci (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddəsi ilə iş açılıb.

Cinayət işinin materialları daha sonra məhkəməyə göndərilib. Məlum olub ki, Sumqayıt şəhər sakini olan Elman özündən 17 yaş kiçik xalası qızı ilə evlənmək istəyib və ailələrin bundan məlumatı olub. Bu müddət ərzində o, məktəbli qıza telefon hədiyyə edib və daimi əlaqə saxlayıblar. Hadisə baş verərkən Elman Sumqayıtdan Bakya gələrək xalası qızını məktəbdən götürüb və ailə qurmaq məqsədilə yaşadığı evə aparıb. Qızının evə gəlmədiyini görən Elmanın xalası polisə müraciət edib. Bundan sonra qız taplaraq ailəsinə təhvil verilib. Sonradan qızın anası şikayətini geri götürsə də, Elmanın 16 yaş tamam olmamış şəxslə cinsi əlaqədə olması faktı üzə çıxdığı üçün onun barəsində cinayət işi açılıb və həbs edilib.

Sumqayıt şəhər Məhkəməsində keçirilən prosesin yekununda o, Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirli bilinərək 6 ay müddətinə həbs cəzasına məhkum edilib.

Qeyd edək ki, məhkəmə prosesi fevralın 16-da başa çatıb.

Taleh Bağırov