"Mədəni İrsin Qorunması, Tədqiqatı və Monitorinqi Mərkəzi"nin qanuni təmsilçisi dəyişdi

"Mədəni İrsin Qorunması, Tədqiqatı və Monitorinqi Mərkəzi"nin qanuni təmsilçisi dəyişdi Hadisə

Mədəniyyət Nazirliyinin tabeliyində təsərrüfathesablı "Mədəni İrsin Qorunması, Tədqiqatı və Monitorinqi Mərkəzi" MMC-nin qanuni təmsilçisi dəyişib.

News24.az xəbər verir ki, şirkətə rəhbərlik edən Rəşad Hacıyevi Vaqif Əliyev əvəz edib.

"Mədəni İrsin Qorunması, Tədqiqatı və Monitorinqi Mərkəzi" 2008-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 100 manatdır.