İlon Mask işçiləri üçün utopik şəhər salmağı planlaşdırır
    • 10-03-2023, 11:08
    • 123

İlon Mask işçiləri üçün utopik şəhər salmağı planlaşdırır

Amerikalı iş adamı İlon Mask şirkətlərinin işçiləri üçün şəhər salmağı planlaşdırır.

News24.az
xəbər verir ki, şəhər Texasda, Ostin yaxınlığında yerləşəcək.

Sahibkar planını "Kolorado çayı boyunca utopiya" kimi təsvir edir. Şəhər isə Snailbruk adlandırmağı düşünür. 

Şəhər tikilməkdə olan "Boring" və "SpaceX" fabriklərinə bitişik olacaq.

Bu yerdə artıq bir neçə modul evlər, idman meydançası və idman zalı və hovuz var.

Qeyd olunur ki, rəsmilər hələ də Maskdan şəhərin qeydiyyatı ilə bağlı müraciət almayıb. Yerli qanunlara görə, bu, şəhərdə ən azı 201 nəfərin yaşadığı zaman edilə bilər. /The Wall Street Journal/

Teymur MƏMMƏDOV