Mask Papa ilə görüşdü - FOTO
    • 2-07-2022, 10:17
    • 356

Mask Papa ilə görüşdü - FOTO

Amerikalı milyarder, “SpaceX” və “Tesla” şirkətlərinin qurucusu İlon Mask iyunun 30-da Papa Fransisk ilə görüşüb.

News24.az xəbər verir ki, o, bu barədə özünü tviter səhifəsində yazıb.

“Papa Fransisklə görüşmək mənim üçün böyük şərəf idi”, - İlon Mask yazıb.

Mask pontifiklə görüşün təfərrüatlarını açıqlamayıb.