İlon Mask yenidən dünyanın ən zəngin adamı oldu
    • 28-02-2023, 12:15
    • 351

İlon Mask yenidən dünyanın ən zəngin adamı oldu

"Tesla", "Space X" və "Twitter" şirkətlərinin baş direktoru İlon Mask yenidən dünyanın ən varlı adamı oldu.

Bloomberg nəşrinin məlumatına görə, Mask iki aydan çox idi ki, siyahıda ikinci yerdə idi. Maskdan əvvəl "dünyanın ən zəngin adamı" titulu Fransanın lüks brendlərinin sahibi, LVMH-nin baş direktoru Bernard Arnaulta aid idi. 

İndi dünyanın ən varlı adamları siyahısında birinci yerdə olsa da, Mask tarixə "ən çox sərvət itkisini yaşayan şəxs" kimi düşüb. Keçən ilin sonunda Musk sərvətindən 200 milyard dollar itirən ilk şəxs olub. 

Qumral Əliyeva