"Su bütün dünyanı məşğul edən qlobal problemdir"
    • 10-03-2023, 14:21
    • 165

"Su bütün dünyanı məşğul edən qlobal problemdir"

“Su bütün dünyanı məşğul edən qlobal problemlərdən biridir. İqlim dəyişiklikləri Azərbaycandan da yan keçmədi. Azərbaycanın su ehtiyatlarının 70-nə qədər miqdarı qonşu ölkələrdə formalaşır. Adambaşına düşən su ehtiyatlarına görə ölkəmiz 90-cı yerdədir. Bu məsələ suyun səmərəli istifadəsini şərtləndirən səbəbdir. Məhz bu istiqamətdə dövlət başçısının müvafiq sərəncamı ilə ölkədə su komissiyası yaradıldı".

News24.az xəbər verir ki, bu fikirləri "ölkədə su qıtlığının səbəbləri və mövcud vəziyyət” mövzusunda, ekologiya və təbii sərvətlər, kənd təsərrüfatı nazirlərinin müavinlərinin və Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədr müavininin iştirakı ilə keçirilən brifinqdə Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.

Məhərrəm Əliyev