Mingəçevir su anbarına daxil olan suyun həcmi azalıb
    • 10-03-2023, 14:35
    • 284

Mingəçevir su anbarına daxil olan suyun həcmi azalıb

"Mingəçevir su anbarına daxil olan suyun həcmi son 4 ildə 50 faizə qədər azalıb. 2018-ci 823 milyon kub su daxil olurdusa, 2022-ci ildə bu rəqəm 455 milyona düşüb".

News24.az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov "Ölkədə su qıtlığının səbəbləri və mövcud vəziyyət" mövzusunda keçirilən brifinqdə deyib.

O bildirib ki, bunun səbəbi yağıntıların miqdarının az olması və transsərhəd çaylarla ötürülən suyun miqdarının aşağı düşməsidir: "Əvvəlki illərlə müqayisədə anbarımıza daha artıq su toplaya bilmişik ki, yay aylarında sərf edə bilək".

Məhərrəm Əliyev