İçməli su maya dəyərindən də ucuz qiymətə satılır
    • 10-03-2023, 15:41
    • 318

İçməli su maya dəyərindən də ucuz qiymətə satılır

“İçməli su maya dəyərindən də ucuz qiymətə satılır. Dövlət xərcləri özü qarşılayır. Digər su təchizatı sistemlərinin yenidən qurulması üçün dövlət büdcəsinə müraciət edilir. Bu da müəyyən çətinliklər yaradır".

News24.az xəbər verir ki, bu fikirləri "ölkədə su qıtlığının səbəbləri və mövcud vəziyyət” mövzusunda, ekologiya və təbii sərvətlər, kənd təsərrüfatı nazirlərinin müavinlərinin və Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədr müavininin iştirakı ilə keçirilən birifinqdə Azərsu ASC-nin sədr müavini Etibar Məmmədov deyib.

O bildirib ki, tariflər hazırda aşağıdır: "Ancaq gələcəkdə tariflərə yenidən baxılması üçün proqram hazırlayırıq".

Məhərrəm Əliyev