Bakıda həbs olunan şəxsin evindən silah tapıldı
    • 10-03-2023, 15:48
    • 151

Bakıda həbs olunan şəxsin evindən silah tapıldı

Bakıda həbs olunan şəxsin evindən silah tapılıb.

Bu barədə News24.az-a Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib. 
Bildirilib ki, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin və Bakı İstintaq Təcridxanasının əməliyyat aparatlarının Daxili İşlər Nazirliyi Baş Cinayət-axtarış İdarəsinin və Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşları ilə birgə növbəti uğurlu əməliyyat tədbirləri nəticəsində həbs edilmiş şəxsin Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən fərdi yaşayış evinin arxasında gizlətdiyi 1 ədəd "Vinçester" markalı silah və 4 ədəd patron aşkar edilərək götürülüb. 

Faktla bağlı araşdırma aparılır.