Məhkumun həbs edilməzdən öncə evindən çıxanlar Şoka saldı
    • 31-08-2019, 18:52
    • 713

Məhkumun həbs edilməzdən öncə evindən çıxanlar Şoka saldı

Bakıda məhkum həbs edilməzdən əvvəl yaşadığı ünvanda gizlətdiyi 1 ədəd “Vinçester” tipli tüfəngi və ona aid 8 ədəd gülləni könüllü təhvil verib. Bu barədə News24.az -a Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İctimaiyyətlə Əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, Penitensiar Xidmətin əməliyyat aparatının müxtəlif cinayətlərin üstünün açılması istiqamətində respublikanın digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı əməkdaşlığı davam edir.
Belə ki, Penitensiar Xidmətin, Bakı İstintaq Təcridxanasının əməliyyat aparatlarının, Daxili İşlər Nazirliyi Baş Cinayət-Axtarış İdarəsinin və Sabunçu rayon Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 32.4,312-1.2; 32.4,312.2; 178.2.4; 66.3 və 66.4-cü maddələri ilə təqsirli bilinərək 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Musayev Elçin İbrahim oğlu həbs edilməzdən əvvəl yaşadığı ünvanda gizlətdiyi 1 ədəd “Vinçester” tipli tüfəngi və ona aid 8 ədəd gülləni könüllü təhvil verib.
Faktla bağlı araşdırma aparılır.