Türkiyədə prezident seçkilərinin ikinci turunun tarixi açıqlandı
    • 10-03-2023, 17:19
    • 283

Türkiyədə prezident seçkilərinin ikinci turunun tarixi açıqlandı

Türkiyədə prezident seçkilərinin ikinci turunun keçirilə biləcəyi tarix bəlli olub.

News24.az xəbər verir ki, bu barədə Türkiyə Mərkəzi Seçki Komissiyasının sədri Ahmet Yener bildirib.

O qeyd edib ki, əgər birinci tur nəticəsiz qalarsa, seçkilərin ikinci turu 28 may tarixində baş tutacaq.

Xatırladaq ki, Türkiyədə prezident və parlament seçkiləri 14 mayda keçiriləcək.