Türkiyədə prezident seçkilərinin vaxtı bəlli oldu
    • 19-08-2022, 11:19
    • 415

Türkiyədə prezident seçkilərinin vaxtı bəlli oldu

Türkiyədə prezident seçkiləri 2023-cü il iyunun 18-də keçiriləcək.

News24.az xəbər verir ki, bu barədə Türkiyənin Ədliyyə naziri Bəkir Bozdağ bildirib.

“Türkiyədə prezident seçkiləri 2023-cü il iyunun 18-də keçiriləcək. Bu, prezident Rəcəb Tayyib Ərdoğanın iştirak edəcəyi ikinci seçki olacaq”, - deyə nazir “Milliyet” qəzetinə bildirib.

Türkiyədə prezident və parlament seçkiləri, yerli qanunlara görə, eyni gündə keçirilir və ilkin olaraq 2023-cü ilin iyun ayına təyin edilmişdi. Hakim Cümhuriyyət İttifaqı daha əvvəl bəyan etmişdi ki, onların vahid namizədi hazırkı Prezident Ərdoğan olacaq. Altı partiyadan ibarət müxalifət bloku isə hələ ki öz namizədini açıqlamayıb.

Müxalifət bundan əvvəl bildirib ki, Türkiyənin hazırkı prezidenti seçkilərdə iştirak edə bilməz, çünki bu, onun üçüncü müddət olacaq. Ədliyyə Nazirliyinin rəhbəri isə dəfələrlə bildirib ki, 2018-ci ildə Türkiyədə parlament idarəetmə formasından prezident üsul-idarəsinə keçidindən sonra qarşıdan gələn prezident seçkiləri Ərdoğan üçün ikinci seçki olacaq.

Nilay