-
- 11-03-2023, 21:10
- 211
Gürcüstanda aksiyalar davam edir
Gürcüstanda müxalifət partiyalarından biri Tbilisinin mərkəzində, parlament binası yaxınlığında məcburi hərbi xidmətə çağırış əleyhinə mitinq keçirib.
News24.az bu barədə "Sputnik Georgia"ya istinadən xəbər verir.
Aksiya iştirakçıları “Köləliyə yox”, “Hərbi xidmətə yox” plakatları ilə orduda könüllü xidmətin tətbiqini tələb ediblər.
"Biz ordunun könüllü olmasını və heç kimin onun iradəsi əleyhinə çağırılmamasını tələb edirik. Əgər hakimiyyət vətənpərvər olduqlarını iddia edirsə, əhalini, müdafiə qabiliyyətini, ordunu düşünürsə, orduda müvafiq şərait yaratsınlar, pul ödəsinlər. Hərbçilərə layiqli maaş versinlər, o zaman xalq könüllü olaraq orduya gedəcək”, - deputat Aleksandr Rakviaşvili bildirib.
Gürcüstan parlamenti martın 20-dən sonra Müdafiə Məcəlləsinin yenilənmiş variantına birinci oxunuşda səs verəcək. Məcəllə Gürcüstan ordusu ilə bağlı hərbi xidmətə çağırış və digər məsələləri yeni qaydada tənzimləyir.