20 yaşlı qız hoteldə ölü tapıldı
    • 13-03-2023, 08:55
    • 134

20 yaşlı qız hoteldə ölü tapıldı

Tovuzda hoteldə 20 yaşlı qız ölüb.

News24.az  xəbər verir ki, Tovuz Rayon Polis Şöbəsinə rayonun ərazisində olan hotellərin birində qadının ölməsi barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib ki, dərhal polis və prokurorluq əməkdaşları hadisə yerinə gedib:

“İlkin araşdırmalar nəticəsində ölən şəxsin 2003-cü il təvəllüdlü xanım olduğu müəyyən olunub. Meyitin üzərində zorakılıq əlamətləri aşkar edilməyib. Faktla bağlı araşdırmalar davam etdirilir”.

Digər mənbədən isə bildirilib ki, xanım hamamda çimərkən ölüb. İlkin ehtimallara görə, o, dəm qazından boğulub.