Qəbələdə 10 yaşlı qız dəm qazından zəhərləndi
    • 19-11-2022, 11:31
    • 191

Qəbələdə 10 yaşlı qız dəm qazından zəhərləndi

Dünən axşam saatlarında Qəbələ rayonunun Zarağan kəndində yerləşən fərdi yaşayış evində 2012-ci il təvəllüdlü A.Rüstəmovanın dəm qazından zəhərlənərək ölməsi barədə rayon polis şöbəsinə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan News24.az-a verilən məlumata görə, rayon polis, eləcə də prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib. 

İlkin ehtimala görə, hadisə azyaşlı vanna otağında olarkən dəm qazından zəhərlənməsi səbəbindən baş verib.

Faktla bağlı araşdırma aparılır.