“Qarabağ”ın hücum tandemi yeni rekorda imza atdı
    • 13-03-2023, 12:24
    • 293

“Qarabağ”ın hücum tandemi yeni rekorda imza atdı

“Qarabağ”ın hücum tandemi Musa Qurbanlı və Ramil Şeydayev Azərbaycan Premyer Liqasında yeni rekorda imza atıb.

News24.az xəbər verir ki, adıçəkilən futbolçular cari mövsüm ümumilikdə 35 qol vuraraq buna nail olublar.

Premyer Liqanın XXVI turunda “Səbail” üzərində 3:0 hesabı ilə qalib gəldikləri matçda Qurbanlı fərqlənərək, qollarının sayını 18-ə çatdırıb. Şeydayevin aktivində isə 17 top var.

Cütlük 2008-ci ildən Peşəkar Futbol Liqasının bayrağı altında keçirilən Premyer Liqanın yeni rekordunu müəyyənləşdiriblər. Bunadək həmin dövrün ən məhsuldar cütlüyü Nikolas Kanales və Flavinyo idi. “Neftçi”nin üzvləri 2012/2013 mövsümündə birlikdə 34 qola sevinmişdilər. Həmin vaxt Kanales 26, Flavinyo 8 dəfə rəqib qapısına yol tapıb.