Prezident: İnkişaf bizə öz resurslarımıza güvənmək imkanı verdi
    • 13-03-2023, 22:35
    • 181

Prezident: İnkişaf bizə öz resurslarımıza güvənmək imkanı verdi

Azərbaycanın inkişafı bizə öz resurlarımıza güvənmək imkanını verdi. Ölkə iqtisadi cəhətdən müstəqildir və bu da hökumətimizin ən əsas hədəflərindən biri idi.

News24.az
xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də Berlində Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşdə deyib.

“Biz əslində beynəlxalq maliyyə institutları tərəfindən maliyyələşdirilən layihələrin həyata keçirilməsini tamamlamaq üzrəyik”, - deyə dövlətimizin başçısı bildirib.