Bakıda gənc qız döyülərək ağır xəsarət aldı
    • 14-03-2023, 07:33
    • 301

Bakıda gənc qız döyülərək ağır xəsarət aldı

Bakının Xəzər rayonununda xəsarətlə nəticələnən döyülmə hadisəsi baş verib.

News24.az xəbər verir ki, Qala qəsəbəsində tanıdığı şəxs tərəfindən döyülən 1996-cı il təvəllüdlü Kərimli Solmaz Fuad qızı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona baş-beyin silkələnməsi və üzün cırılmış-kəsilmiş yarası diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır. /Report.az/