Azərbaycanda ər arvadını döyərək ayağını sındırıb
    • 29-01-2023, 11:47
    • 191

Azərbaycanda ər arvadını döyərək ayağını sındırıb

Abşeron rayonunda ağır xəsarətlə nəticələnən döyülmə hadisəsi baş verib.

News24.az "Report"a istinadən xəbər verir ki, Digah qəsəbəsində ailə münaqişəsi zəminində əri tərəfindən döyülən 1988-ci il təvəllüdlü Hacıyeva Vəfa Seyfulla qızı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona sağ ayağının sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır