Bakıda 9 yaşlı uşağı maşın vurdu

Bakıda 9 yaşlı uşağı maşın vurdu Hadisə
Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Sabunçu rayonunda qeydə alınıb.

Avtomobil yolu keçən 2013-cü il təvəllüdlü İbrahimova Xanım İsaxan qızını vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ qolun sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır. /Report/