Bakıda avtomobil 18 yaşlı velosipedçini vuraraq ağır xəsarət yetirdi
    • 24-05-2022, 23:50
    • 416

Bakıda avtomobil 18 yaşlı velosipedçini vuraraq ağır xəsarət yetirdi

Bakıda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Sabunçu rayonunda qeydə alınıb. Kürdəxanı qəsəbəsində 2003-cü il təvəllüdlü İmanverdiyev Adıgözəl Əlikövsər oğlu velosipedlə hərəkətdə olarkən minik avtomobili onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona açıq kəllə-beyin travması və baş-beyinin əziyi diaqnozları qoyulub.
Hadisənin təfərrüatı araşdırılır./Report/