Qubadlıda həlak olan əsgərin SON STATUSU – FOTO
    • 14-03-2023, 13:02
    • 809

Qubadlıda həlak olan əsgərin SON STATUSU – FOTO

Xəbər verildiyi kimi, martın 12-də Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Nəzərzadə Nihad Natiq oğlunun odlu silahdan açılmış atəş nəticəsində həlak olub.

News24.az xəbər verir ki, N.Nəzərzadə Astaranın Ərçivan kənd sakini olub və 8 ay əvvəl hərbi xidmətə gedib. O, əsgərliyə yola düşərkən instagram səhifəsində sonuncu paylaşımını edib və vətənə xidmətə yollandığına görə sevindiyini deyib.

Faciəvi şəkildə həlak olan əsgərin son statusunu təqdim edirik.

Qeyd edək ki, Respublika Hərbi Prokurorluğu Nəzərzadə Nihad Natiq oğlunun odlu silahdan açılmış atəş nəticəsində ölməsi faktı ilə əlaqədar Qubadlı hərbi prokurorluğunda cinayət işinin başlanıldığını açıqlayıb.