“Qarabağ” və “Qalatasaray” yoldaşlıq oyunu keçirəcəklərini açıqladı

“Qarabağ” və “Qalatasaray” yoldaşlıq oyunu keçirəcəklərini açıqladı İdman
"Qarabağ” və “Qalatasaray” arasında yoldaşlıq oyunu keçiriləcək.

News24.az saytının məlumatına görə, bunu hər iki klubun mətbuat xidməti açıqlayıb.

Görüş martın 26-da baş tutacaq. Matç Bakı Olimpiya Stadionunda keçiriləcək.

Azərbaycan çempionunun Türkiyənin ən titullu klubu ilə qarşılaşması saat 20:00-da başlayacaq. Bu oyundan əldə olunacaq bütün gəlirlər qardaş Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.