Rişi Sunaka iti xaltasız gəzdirdiyinə görə xəbərdarlıq edildi
    • 15-03-2023, 10:49
    • 143

Rişi Sunaka iti xaltasız gəzdirdiyinə görə xəbərdarlıq edildi

Britaniyanın baş naziri Rişi Sunak və ailəsinə "Hayd Park"da iti xaltasız gəzdirdiklərinə görə polis tərəfindən xəbərdarlıq edilib.

News24.az xarici KİV-ə istinadla xəbər verir ki, baş nazir bu görüntüləri Tiktokda paylaşıb.

Həmin görüntülərlə bağlı polis açıqlama yayıb:

“Orada olan polis məmuru bir qadınla danışaraq qaydaları xatırlatdı. Xaltanı yenidən itə bağladılar”.

Qeyd edək ki, Sunak daha əvvəl sosial media hesabları üçün çəkilmiş videoda hərəkətdə olan avtomobildə təhlükəsizlik kəməri taxmadan sürdüyü üçün cəzalandırılmışdı.

Qumral Əliyeva