-
- 2-02-2019, 13:28
- 1 294
2 fevral - Ümumdünya Su-Bataqlıq Əraziləri Günüdür
Daha çox suda üzən quşların əsas mənbəyi olan və beynəlxalq əhəmiyyət daşıyan su-bataqlıq əraziləri haqqında Konvensiya 1971-ci il fevralın 2-də İranın Ramsar şəhərində imzalanıb.
Konvensiyanın əsas məqsədi dünyada davamlı inkişafın əldə olunmasında bir vasitə kimi su-bataqlıq ərazilərindən səmərəli istifadə etmək və onları qorumaqdır.
Həmin vaxt konvensiyaya 18 ölkə qoşulsa da, hazırda onların sayı 159-a çatıb. 200 milyon hektardan çox sahəsi olan 2 mindən artıq ərazi beynəlxalq əhəmiyyətli su-bataqlıq əraziləri kimi “Ramsar siyahısı”na daxil edilib.
Respublikamızda ümumi sahəsi 200 min hektardan artıq olan su-bataqlıq əraziləri mövcuddur. Sahəsi 1000 hektardan böyük olan bu sahələrin sayı isə təqribən 17-yə yaxındır. Qızılağac Dövlət Təbiət Qoruğu, Qızılağac, Ağgöl və Şirvan milli parkları, Mahmudçala, Hacıqabul gölü, Kür çayının deltası, Sarısu, Dəvəçi limanı və Xəzərin sahilboyu hissələri belə ərazilərə aiddir. Hər il bu ərazilərə qışlama və köç mövsümündə 100 minlərlə müxtəlif quş növləri toplanır.
“Əsasən su quşlarının yaşama yerləri kimi beynəlxalq əhəmiyyəti olan sulu-bataqlıq yerlər haqqında” Ramsar Konvensiyası 2001-ci il iyulun 18-də ratifikasiya edilib. 2003-cü il iyulun 5-də isə Azərbaycan Prezidentinin Sərəncamı ilə Ağgöl Dövlət Təbiət Qoruğunun sahəsi 17924 hektara qədər genişləndirilib və ona milli park statusu verilib. Eyni zamanda, Ağgöl, böyük və kiçik Qızılağac körfəzləri mühüm su-bataqlıq ərazisi kimi 2001-ci il mayın 25-də “Əsasən su quşlarının yaşama yerləri kimi beynəlxalq əhəmiyyəti olan sulu-bataqlıq yerlər haqqında” Ramsar Konvensiyasının “Ramsar siyahısı”na daxil edilib. Qızılağac Milli Parkı isə ötən il Prezident İlham Əliyevin Sərəncamına əsasən yaradılıb.
Bu günün qeyd edilməsində 95-dən artıq ölkə xüsusi təşəbbüs göstərib. Hazırda hər il dünyanın bir çox ölkəsində dövlət, qeyri-hökumət müəssisələri, təşkilatlar cəmiyyəti su-bataqlıq ərazilərinin əhəmiyyəti haqqında məlumatlandırmaq üçün müxtəlif tədbirlər, müsabiqələr, seminarlar keçirirlər.
//AZƏRTAC