"Qarabağ"-"Qalatasaray" oyununun biletləri bu tarixdən satışa ÇIXARILACAQ
    • 15-03-2023, 12:32
    • 190

"Qarabağ"-"Qalatasaray" oyununun biletləri bu tarixdən satışa ÇIXARILACAQ

"Qarabağ" və Türkiyənin "Qalatasaray" komandaları arasında keçiriləcək yoldaşlıq oyununun biletlərinin satışa çıxarılacağı tarix bəlli olub.

News24.az xəbər verir ki, matçın biletləri martın 16-da saat 11:00-dan etibarən satışda olacaq.
Qiymət müvafiq olaraq 3, 5, 30, 50 və 100 manat arasında dəyişir.

Biletləri Tofiq Bəhramov adına Respublika stadionunun kassaları, Iticket.az-ın satış məntəqələri, “Park Bulvar”da yerləşən “Qarabağ” FK-nın Fan-Şopu və iticket.az-dan əldə etmək mümkündür.

Qeyd edək ki, martın 26-da Bakı Olimpiya Stadionunda oynanılacaq "Qarabağ" - "Qalatasaray" görüşü saat 20:00-da başlayacaq.