Səudiyyə Ərəbistanından neft bazarını sarsıdacaq açıqlama:
    • 15-03-2023, 13:20
    • 188

Səudiyyə Ərəbistanından neft bazarını sarsıdacaq açıqlama: "Satmayacağıq"

Səudiyyə Ərəbistanının energetika naziri Əbdüləziz bin Salman Krallığın qiymət tavanı tətbiq edən heç bir ölkəyə neft satmayacağını deyib.

News24.az xəbər verir ki, Salman ABŞ-da gündəmə gələn NOPEC qanun layihəsini də sərt şəkildə tənqid edib.

O, OPEC+ qrupunun xüsusilə bütün digər əmtəə bazarları ilə müqayisədə neft bazarına əhəmiyyətli sabitlik və şəffaflıq gətirməyə nail olduğunu vurğulayıb.

Əbdüləziz bin Salman ABŞ-da bir qrup qanunverici tərəfindən bu yaxınlarda Konqresdə gündəmə gətirilən Qeyri-Neft İstehsalçı və İxrac Kartelləri (NOPEC) qanun layihəsini də sərt tənqid edib. 

Səudiyyə Ərəbistanının neft hasilatını azaldacağını deyən Salman belə qanunvericiliyin təsirin həm istehlakçılar, həm də istehsalçılar tərəfindən hiss ediləcəyini vurğulayıb. /CNN Türk/

Teymur MƏMMƏDOV