Kral Salman Azərbaycan Prezidentinə təbrik ünvanlayıb
    • 24-05-2021, 13:53
    • 385

Kral Salman Azərbaycan Prezidentinə təbrik ünvanlayıb

İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.

News24.az xəbər verir ki, təbrikdə deyilir: “Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.

Zati-aliləri, Qardaşım İlham Heydər oğlu Əliyev.

Milli bayramınız - Respublika Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimizi çatdırırıq. Sizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan Respublikası hökumətinə və xalqına davamlı inkişaf və rifah arzu edirik.

Zati-alinizə hörmət və ehtiramla,

Qardaşınız

Salman bin Əbdüləziz Al Səud
İki Müqəddəs Ocağın Xadimi,
Səudiyyə Ərəbistanının Kralı”.