"Qalatasaray"ın qələbə seriyasına son qoymaq istəyirik - Mahir Emreli
    • 15-03-2023, 13:21
    • 256

"Qalatasaray"ın qələbə seriyasına son qoymaq istəyirik - Mahir Emreli

"Ümid edirəm ki, "Qalatasaray"ın 14 oyunluq qələbə seriyasını Konyada dayandıracağıq".

News24.az xəbər verir ki, bunu "Konyaspor"da çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli Türkiyə Super Liqasının XXVI turunda "Qalatasaray"a qarşı keçirəcəkləri oyun haqqında danışarkən deyib.

26 yaşlı hücumçu görüşə taktiki məşqlərlə hazırlaşdıqlarını bildirib.

Qeyd edək ki, martın 17-də oynanılacaq "Konyaspor" - "Qalatasaray" qarşılaşması saat 21:00-da start götürəcək.