Prezidenti İlham Əliyev Türkiyədə səfərdədir
    • 15-03-2023, 20:32
    • 324

Prezidenti İlham Əliyev Türkiyədə səfərdədir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə iştirak etmək üçün martın 15-də Türkiyəyə səfərə gəlib.

News24.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Ankaranın Esenboğa hava limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi rəsmi şəxslər qarşılayıblar.