Ukrayna Türkiyəyə göstərdiyi dəstəyə görə təşəkkür etdi
    • 15-03-2023, 22:37
    • 189

Ukrayna Türkiyəyə göstərdiyi dəstəyə görə təşəkkür etdi

Ukrayna Taxıl Dəhlizi Sazişinin müddətinin uzadılmasında göstərdiyi dəstəyə görə Türkiyəyə minnətdarlığını bildirib.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, bununla bağlı Ukraynanın infrastruktur naziri Oleksandr Kubrakov məlumat verib.

“Qara Dəniz Taxıl Dəhlizi Müqaviləsini imzalayan ölkə olaraq Türkiyəyə və nazir Hulusi Akarın özünə sadiqliyinə və müqavilə müddətinin uzadılmasına verdiyi dəstəyə görə təşəkkür edirəm”, - deyə Kubrakov bildirib.