-
- 15-12-2022, 01:45
- 295
Ukraynanın daha 4 gəmisi Odessa limanlarını tərk edib
“Taxıl dəhlizi”nin həyata keçirilməsi çərçivəsində dekabrın 14-də Ukraynanın ərzaq məhsulları ilə dolu daha 4 gəmisi Odessa limanlarını tərk edib.
News24.az Azərtac-a istinadla xəbər verir ki, bu barədə Ukrayna İnfrastruktur Nazirliyi məlumat yayıb.
Məlumata görə, gəmilərin göyərtəsində ümumilikdə 69,5 min ton kənd təsərrüfatı məhsulu var və onlar Asiya ölkələrinə yola salınıb.
“Taxıl dəhlizi” işə başlayandan indiyədək Ukraynanın 13,9 milyon ton kənd təsərrüfatı məhsulu ixrac edilib. Ümumilikdə avqustun əvvəlindən Asiya, Avropa və Afrika ölkələri üçün kənd təsərrüfatı məhsulları daşıyan 554 gəmi Ukrayna limanlarını tərk edib.
Hazırda Odessa limanlarında 21 gəmi emal mərhələsindədir. Onlar 665,8 min ton Ukrayna kənd təsərrüfatı məhsulunu yükləyirlər.
Xatırladaq ki, iyulun 22-də Ukrayna, Rusiya, Türkiyə və BMT Ukrayna taxılının Qara dəniz vasitəsilə ixracının həyata keçirilməsi ilə bağlı dördtərəfli saziş imzalayıb. Taxıl daşıyan ilk gəmi avqustun 5-də Odessa limanını tərk edib.