2,5 ton uran yoxa çıxdı
    • 16-03-2023, 15:01
    • 196

2,5 ton uran yoxa çıxdı

Beynəlxalq Atom Enerjisi Agentliyi Liviyada saxlanılan 2,5 ton uranın yoxa çıxma səbəblərini və onun hazırkı yerini araşdırır.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, agentliyin müfəttişləri martın 14-də yoxlama işləri zamanı Liviyadakı obyektlərdən birində öncədən deyildiyi kim uran filizi konsentratı şəklində təqribən 2,5 ton təbii uran olan 10 çəlləyin yerində olmadığını müəyyən ediblər.

Təşkilatın bəyanatında agentliyin bundan sonra nüvə materialının obyektdən çıxarılmasl ilə bağlı halların və onun hazırkı yerinin aydınlaşdırılması olacaq.

Teymur MƏMMƏDOV