Avropa Liqası: "Fənərbağça" mübarizəni dayandırıb
    • 17-03-2023, 00:18
    • 258

Avropa Liqası: "Fənərbağça" mübarizəni dayandırıb

UEFA Avropa Liqasında 1/8 final mərhələsinin cavab oyunlarına start verilib.

News24.az-ın məlumatına görə, 8 qarşılaşmadan 4-ü artıq başa çatıb.

Türkiyənin turnirdəki yeganə təmsilçisi “Fənərbağça” İspaniyada iki cavabsız qolla məğlub olduğu “Sevilya”nı qəbul edib. Görüş İstanbul təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatsa da, növbəti mərhələyə qonaqlar adlayıblar.

"Sevilya" ilə yanaşı, İngiltərənin "Mançester Yunayted", Niderlandın "Feyenoord" və İtaliyanın "Yuventus" klubları da 1/4 finala vəsiqə qazanıblar.

UEFA Avropa Liqası
1/8 final, cavab oyunları
16 mart

21:45. “Betis” (İspaniya) - “Mançester Yunayted” (İngiltərə) - 0:1
Qol: Markus Reşford, 56
İlk oyun - 1:4

21:45. “Fənərbağça” (Türkiyə) - “Sevilya” (İspaniya) - 1:0
Qol: Enner Valensiya, 41 (penalti)
İlk oyun - 0:2

21:45. “Feyenord” (Niderland) - “Şaxtyor” Donetsk (Ukrayna) - 7:1
Qollar: Santyaqo Ximenes, 9. Orkun Kökçü, 24; 38 (penalti). Ussama İdrissi, 49; 60. Alireza Cahanbaxş, 64. Danilu Pereyra, 67 - Kevin Kelsi
İlk oyun - 1:1

21:45. “Frayburq” (Almaniya) - “Yuventus” (İtaliya) - 0:2
Qollar: Duşan Vlahoviç, 45 (penalti). Federiko Kyeza, 90+5
Qırmızı vərəqə: Manuel Qulde, 44 ("Frayburq")
İlk oyun - 0:1

Qeyd edək ki, bu raundun digər 4 cavab oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq