Milli Depozit Mərkəzinə yeni rəhbər təyin edildi
    • 17-03-2023, 10:11
    • 148

Milli Depozit Mərkəzinə yeni rəhbər təyin edildi

Milli Depozit Mərkəzinin (MDM) Müşahidə Şurasına yeni sədr və sədr müavini təyin edilib.

News24.az xəbər verir ki, MDM-dən verilən məlumata görə, Azərbaycan Mərkəzi Bankının (AMB) daxili audit departamentinin direktoru Elçin Əlizadə AMB-dəki vəzifəsi qalmaqla Müşahidə Şurasının sədri seçilib. O, bu vəzifədə Əli Əhmədovu əvəz edib.

Bundan əlavə, Mərkəzi Bankın kapital bazarı fəaliyyətinə dair siyasət və nəzarət departamentinin direktoru Umeyra İbrahimova da AMB-dəki vəzifəsi qalmaqla MDM-in Müşahidə Şurasının sədr müavini seçilib.

Qeyd edək ki, Milli Depozit Mərkəzinin Müşahidə Şurası həmçinin iki üzvdən - Nadir Babazadə və Elçin Məmmədovdən ibarətdir.//apa.az