-
- 5-08-2022, 18:39
- 403
Orxan Məmmədov Müşahidə Şurasının sədri seçildi
“Zirə” futbol klubunda idarəçiliyin daha da təkmilləşdirilməsi və görüləcək işlərlə bağlı klubdaxili iclas keçirilib.
News24.az-a klubdan bildiriblər ki, iclasda bir sıra mühüm məsələlər müzakirə olunub və klubun Müşahidə Şurasının yaradılması haqqında qərar qəbul edilib.
“Zirə”nin fəxri prezidenti Orxan Məmmədov Müşahidə Şurasının sədri seçilib. “AzFar Group” şirkətinin maliyyə direktoru Qabil Abdullayev, “Santral Elektrik” QSC-nin təsisçisi Fuad Rzayev, “Azərenerji” ASC-nin maliyyə departamentinin direktor müavini Fərid Cəfərov, veteran futbolçu Zaur Həşimov isə Müşahidə Şurasına üzv seçiliblər.