Biləsuvarda yük maşını minik avtomobili ilə toqquşdu - XƏSARƏT ALANLAR VAR
    • 17-03-2023, 14:17
    • 246

Biləsuvarda yük maşını minik avtomobili ilə toqquşdu - XƏSARƏT ALANLAR VAR

Biləsuvarda yük maşını minik avtomobili ilə toqquşub.

News24.az xəbər verir ki, hadisə köhnə Ələt-Astara magistral yolunun, Biləsuvar rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. TIR-la "VAZ-2107" markalı minik avtomobilinin toqquşması nəticəsində 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Xəsarət alanlar Biləsuvar rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Xəsarət alanların "VAZ-2107"-nin sürücüsü və sərnişinləri olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.//apa.az