Bakıda sərxoş halda maşın sürən qadın tutuldu
    • 17-03-2023, 14:30
    • 491

Bakıda sərxoş halda maşın sürən qadın tutuldu

Bakıda sərxoş vəziyyətdə avtomobil idarə edən 38 yaşlı qadın saxlanılıb.

News24.az xəbər verir ki, hadisə Nərimanov rayonu ərazisində baş verib. Yol polisi əməkdaşları saat 04:30 radələrində Gəncə sakini Z.Elnur qızının idarə etdiyi Audi A3 minik markalı, *-KX-** dövlət qeydiyyat nişanlı avtomobili saxlayıblar.

Sürücünün spirtli içki qəbul etməsi aşkar şəkildə hiss olunduğundan onun İXM-nin 96-cı maddəsinə əsasən sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün müayinə aparılıb. Müayinə zamanı qəbul edilən alkoqlun miqdarının 1,696 faiz olduğu müəyyən edilib.

Bundan sonra xanım sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1-ci maddələri ilə protokol tərtib edilib və məhkəməyə göndərilib.

Barəsində protokol yazılan xanım sürücü məhkəməyə vəkilini göndərib. Nərimanov Rayon Məhkəməsinin qərarı ilə ona 400 manat cərimə cəzası təyin edilib.

Qeyd edək ki, bu kimi hallarda sürücünün həbs edilməsi də qanunvericiliyə əsasən mümkündür.

Taleh BAĞIROV