Narkotikin təsiri altında maşın sürən ŞƏXS SAXLANILDI
    • 9-02-2022, 11:12
    • 314

Narkotikin təsiri altında maşın sürən ŞƏXS SAXLANILDI

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə yanvar ayının 13-də Gəncə şəhər sakini Səbuhi İsgəndərovun idarə etdiyi “Mercedes” markalı avtomobil Şəmkir rayonu ərazisində yerləşən daimi postda saxlanılmışdır.

Bu barədə News24.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Polis əməkdaşları tərəfindən sürücünün narkotik vasitə qəbul etməsi müəyyən edilmiş və barəsində İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 334.1-ci maddələri ilə protokol tərtib olunmuşdur.

Fevralın 2-də Kəpəz rayon Məhkəməsinin qərarı ilə sürücü 500 manat məbləğində cərimə edilmişdir.

Bu istiqamətdə tədbirlər davam etdirilir.