ABŞ Konqresi Trampa qarşı ittihamlara cavab verib
    • 18-03-2023, 21:40
    • 231

ABŞ Konqresi Trampa qarşı ittihamlara cavab verib

ABŞ Konqresi keçmiş prezident Donald Trampa qarşı mümkün ittihamlara cavab verib.

News24.az TASS-a istinadən xəbər verir ki, Nümayəndələr Palatasının spikeri Kevin Makkarti siyasətçiyə qarşı mümkün ittihamlara münasibət bildirib.

Onun fikrincə, prokuror vəzifə səlahiyyətlərindən sui-istifadə edir və Trampla siyasi hesablaşmaya çalışır.

Spiker Nümayəndələr Palatasının müvafiq komitələrinə siyasi motivli təqib yolu ilə seçkilərə müdaxiləni araşdırmağı tapşırıb.