Ukraynada daha bir azərbaycanlı həlak oldu

Ukraynada daha bir azərbaycanlı həlak oldu
SOSİAL

18-03-2023, 23:25

Mətn ölçüsü

Ukrayna Silahlı Qüvvələrinin sıralarında Rusiyaya qarşı müharibədə iştirak edən daha bir azərbaycanlı hərbçi həlak olub.

News24.az xəbər verir ki, uzun illərdir Ukraynada yaşayan və könüllü kimi 2014-cü ildən ordu sıralarında xidmət edən Fazil Muradov müharibənin gedişində vəfat edib.

F.Muradovun Ukraynanın Teofipol şəhərinin fəxri vətəndaşı olduğu bildirilib.