Azərbaycan gimnastları beynəlxalq turnirdə üç qızıl, bir gümüş medal qazanıblar
    • 19-03-2023, 10:07
    • 210

Azərbaycan gimnastları beynəlxalq turnirdə üç qızıl, bir gümüş medal qazanıblar

Batut gimnastikası üzrə Azərbaycan yığması Latviyanın paytaxtı Riqada keçirilən beynəlxalq turnirdə üç qızıl, bir gümüş medal qazanıb.

News24.az xəbər verir ki, federasiyadan verilən məlumata görə, fərdi proqramda Selcan Mahsudova, Samirə Hüseynova, Hüseyn Abbasov birinci, Mehdi Əliyev ikinci yeri tutub.

Mahsudova böyüklər, Hüseynova 11-12 yaşlılar, Abbasov 15-16 yaş yaşlılar arasında qızıl, Əliyev isə 15-16 yaşlılar arasında gümüş mükafata yiyələnib.